İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Paşinyan arasında rəqəmlər üstündə MÜBAHİSƏ: Papoyan kimin haqlı olduğunu AÇIQLADI - VİDEO

Xəbər verdiyimiz kimi, MDB sammiti zamanı Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında qısa, lakin diqqətçəkən mübahisə yaşanıb. Putin Nikol Paşinyandan Rusiya ilə ticarət dövriyyəsinin həcmini soruşub. Paşinyan rəqəmi 4 milyard dollar kimi göstərib, Putin isə bu məbləğin daha çox olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Düşənbədə Paşinyanla Putin arasında yaranan fikir ayrılığına aydınlıq gətirib.

Naziri açıqlama verərək Paşinyanın göstərdiyi 4 milyard dollarlıq göstəricinin rəsmi və düzgün olduğunu təsdiqləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR