Onlayn ictimai-siyasi qəzet
Türkiyə Müdafiə Nazirliyinin (MN) yüksək səviyyəli hərbi heyəti Dəməşqdə Suriya müdafiə naziri Mühəndis Mərhəf əbu Kəsra və Baş Qərargah rəisi Əli Nəsanla görüşüb. Bu barədə Türkiyə MN açıqlama yayıb.
Görüşdən əlavə, Türkiyə nümayəndə heyəti Suriya ordusuna məxsus hərbi obyektlərə yerində baxış keçirib.
“Dünənki səfər nazirliyin Suriya ilə ilk təması baxımından əhəmiyyətlidir. Suriya və Türkiyə üçün təhlükə yaradan terror təşkilatları ilə mübarizə, müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib”, - qurumdan bildirilib.
Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Dəməşqə səfər etmişdi.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ