İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinlə əl-ələyik..." - Bu ölkədən müharibəyə ŞOK DƏSTƏK

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, Şimali Koreya lideri Rusiyanın Ukraynaya qarşı əməliyyatlarını müdafiə edib və Rusiya ilə “tam dəstək və həmrəylik” içində olduqlarını deyib.

“Ədalət mütləq qalib gələcək. Rus xalqı bundan sonra da qalibiyyətlə dolu tarixinə uğurlar əlavə edəcək” - Şimali Koreya lideri Kim Çen In qeyd edib.

Moskva ilə sıx strateji əməkdaşlıq içində olduqlarını da məktubuna əlavə edən Şimali Koreya lideri iki ölkə xalqının güclü ölkə qurmaq məqsədlərini reallaşdırmaq üçün ortaq istəyinə uyğun olaraq, Rusiya prezidenti Putinlə “əl-ələ tutduğunu” bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR