İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Yeni il müraciətinin arxa planındakı hərbçi Ukraynada zərərsizləşdirilib

Rusiyanın Krasnoyarsk diyarından olan 26 yaşlı Hava-Dəniz Qüvvələrinin baş leytenantı, “Dairə” ləqəbli Yuri Şnayder 2023-cü ilin yanvarında Ukraynada zərərsizləşdirilib. O, Rusiya Prezidenti Vladimir Putinin yeni il müraciətində arxa planda yer alan desantçı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya mərkəzli “Vkontakte” sosial şəbəkəsində dərc olunan nekroloqdan bəlli olub.

“Mojem obyasnit” teleqram kanalı bildirib ki, ölümlə bağlı bilgini onlara mərhumun qadın tanışı təsdiqləyib.

2022-ci il dekabrın 31-də Rusiyanın dövlət başçısı Vladimir Putin Yuri Şnayderi “İgidliyə görə” ordeni ilə təltif edib. “REN TV”nin məlumatına görə, müqaviləli hərbi qulluqçu Ukrayna qoşunlarının əks-hücumunu dəf etdiyinə görə mükafat alıb. Mükafat verildikdən sonra Y. Şnayder Prezidentin rusiyalılara Yeni il müraciətinin lentə alınmasına qatılıb.

Yanvarın 12-də “REN TV” hərbçinin cəbhəyə qayıtdığını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR