İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Yeni il müraciəti saxta hərbçilərin fonunda olub? - Müxalif saytlar maraqlı faktları üzə çıxardı

 

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin bir qrup rusiyalı hərbçinin fonunda Rusiya vətəndaşlarına Yeni il müraciəti edib. Video Rusiyanın ən şərq vilayətlərində 2023-cü il girdikdən qısa müddət sonra internetdə yayımlanıb - orada prezidentin müraciəti artıq televiziyada nümayiş etdirilib.

Müraciətdə Putin Ukraynanın dörd vilayətinin ilhaqını xatırladıb, onları tarixən Rusiya torpaqları adlandırıb və münaqişədə “mənəvi haqlılığın” Moskvanın tərəfində olduğunu deyib.

Musavat.com xəbər verir ki, “Sibir.Realii” saytı videomüraciət zamanı Putinin arxasında dayanan əsgərlərin heç də “ordu mənsubları” olmadığına diqqət çəkib.

Məlum olub ki, onlardan biri artıq bir neçə dəfə prezidentin yanında kadrlarda - müxtəlif rollarda görünən qadındır. Vaxtilə Rusiya dövlət telekanalının efirində prezidentin Yeni il müraciətində hərbçilərin təltif edilməsi ilə bağlı süjet təqdim olunub. Orada bu qadın özünü tibb xidmətinin kapitanı Anna Sergeyevna Fedorenko kimi təqdim edib.

Həmin “tibb xidməti kapitanı” 2016-cı ilin sentyabrında prezidentin balıqçılarla birlikdə Novqorod vilayətindəki göldə çəkilən kadrlarda da görünür.

2017 və 2019-cu illərdə Putin Beynəlxalq Aviasiya və Kosmik Salonunda eyni satıcıdan dondurma alıb.

NTV kanalında gedən süjetdə həmin qadın özünü Ekaterina Safonova kimi təqdim edib.

Ən maraqlısı ondan ibarətdir ki, 2017-ci ilin yanvarında eyni insanlar prezidentin yanında Novqorod monastırında Milad mərasimində görünüblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR