Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Duması sabah-mayın 10-da ölkənin baş nazirinin namizədliyini müzakirə edərək təsdiqləməlidir. Deputatlar baş nazirin müavinlərini isə mayın 13-də təsdiq etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Dumasının Reqlament Komissiyası məlumat yayıb. Hökumətin formalaşdırılması mayın 15-nə qədər, Putinin bir sıra nazirlərin müşayiəti ilə Çinə səfərə gedəcəyi vaxta qədər tam başa çatdırılmalıdır.
Putinin baş nazirin namizədliyini yaxın saatlarda açıqlayacağı gzlənilir. Ekspertlərə görə, Putinin tələsməməsi onu göstərir ki, yeni hökumətin sədrinin namizədliyi deputat korpusu tərəfindən uzun müzakirə tələb etməyəcək. Ekspertlər o rəydə yekdildirlər ki, baş nazir postuna yenə Mixail Mişustinin namizədliyi irəli sürüləcək. Bununla belə, o da vurğulanır ki, Putin Mişustini özünə xələf seçməyib: onlar ictimaiyyət arasında bir yerdə görünmürlər, açıq şəxsi görüşlər keçirmirlər və ümumilikdə Putin indiki baş nazirə xüsusi münasibət göstərmir.
Əksər yerli ekspertlər Vladimir Putinin risk etməyəcəyini deyirlər. Çünki hökumət Rusiyanın üzləşdiyi son çətinliklər qarşısında açıq-aşkar səhvə və ya uğursuzluğa yol verməyib. Və ən əsası, bəzi siyasətçilərdən, məmurlardan fərqli olaraq “vətənə xəyanət etməyiblər”. Yəni prezident bu insanlara tam etibar edə bilər, baxmayaraq ki, xalqın onların fəaliyyəti ilə bağlı haqlı sualları ola bilər.
Bundan əlavə, analitik hesab edir ki, hökumət ciddi struktur dəyişikliklərinə məruz qalmayacaq, çünki onlar artıq 2020-ci ildən 2023-cü ilə qədər olan dövrdə baş verib, lakin baş nazirin müavini vəzifələrində yeni adlar peyda olacaq. Bu barədə Kremlin ofislərinə yaxın olan politoloq Dmitri Abzalov “Free Press”ə bildirib.
O, bildirib ki, böyük ehtimalla yeni nazirlik yaradılacaq. Gənclər siyasəti və təhsil nazirlikləri birləşdiriləcək. “Bu məsələ onilliklərdir müzakirə olunur, gənclərlə iş üzrə dövlət komitəsinin, sonra federal agentliyin formatını sınaqdan keçiriblər. İndi nazirliklə bağlı fundamental qərar qəbul edilib.
O, qeyri-adi status alacaq, yəni nazir birbaşa baş nazirin heç bir müavininə hesabat verməyəcək. Baş nazirin demək olar ki, bütün müavinləri ilə əlaqə saxlamalı olacaq. Çox güman ki, bu nazirlik digər məsələlərlə yanaşı, gələcək qubernator və nazirliyə namizədlərin seçilməsi və onların hazırlanması ilə də məşğul olacaq” deyə, ekspert bildirib. Nazirliyə Kseniya Razuvayevanın rəhbərlik edəcəyi gözlənilir.
Vladimir Putinin qabaqcadan hazırlıq keçmiş kadrları var ki, onlar tədricən hökumətdə daha yüksək vəzifəyə gətiriləcəyi deyilir. Prezidentin bugünlərdə Tula vilayətinin qubernatoru Aleksey Dyuminlə görüşü xüsusi maraq doğurub. Media onların xüsusi peşəkar münasibətlərinə diqqət çəkib, lakin onların nələri razılaşdırdıqları sirr olaraq qalır. Dyumin uğurları ilə tanınır və təcrübəli biznes rəhbəridir. Bundan əlavə, o, Dövlət Şurası yanında Sənaye Komissiyasının rəhbəridir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ