Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı bəyanatlarını diqqətlə nəzərdən keçirməyə çağırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, H.Fidan bu fikirləri TRT-yə müsahibəsində dilə gətirib.
“Rusiya prezidenti Vladimir Putinin nüvə ritorikasına yalnız təhdid kimi baxmaq çox bəsit olardı. İstifadə oluna bilən bütün adi silahlar artıq Ukraynada istifadə olunub, lakin müharibə bitməyib. Burada ya sülh bərqərar olacaq, ya da müharibə nəzarətdən çıxacaq. Ona görə də Putinin nüvə ritorikası nəzərə alınmalıdır”, - xarici işlər naziri deyib.
Qeyd edək ki, Qərbin aparıcı ölkələrində Rusiya hakimiyyətinin nüvə silahından istifadə edə biləcyi barədə bəyanatlarını blef sayanlar daha çoxdur.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ