Onlayn ictimai-siyasi qəzet
Rusiyada 9 mayda keçirilən Qələbə Paradı zamanı Prezident Vladimir Putinin mühafizəçisinin əlində “Yolka” adlı dron-perehvatçını xatırladan qurğu olması diqqət çəkib. Bu barədə görüntüləri ukraynalı ekspert Sergey Beskrestnov yayımlayıb.
Musavat.com xəbər verir ki, mütəxəssislər yayımlanan görüntüləri rəsmi yayım kadrları ilə müqayisə edərək videonun həqiqiliyini təsdiqləyiblər. Kadrlarda prezident Putinin zabitlərlə əl sıxdığı və yaxınlıqda olan kostyumlu bir şəxsin çantasından xarakterik dron korpusunun göründüyü müşahidə olunur.
Ukrayna dronlarının Rusiyaya qarşı həyata keçirdiyi mütəmadi hücumlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilib. Paytaxtda mobil internetin müvəqqəti dayandırılması və tribunaların üzərində xüsusi örtüklərin yerləşdirilməsi də bu çərçivədə atılmış addımlar sırasındadır.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ