İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin iştirakı ilə keçiriləcək konsertə gələnə 500 rubl vəd edilir

 

Moskvada Rusiyanın qondarma “DXR” və “LXR”in müstəqilliyinin tanınmasının ildönümünə təsadüf edən konsert-mitinqə gəlmək istəyənlərin hər birinə 500 rubl (təxminən 12 AZN) ödəyəcəklərini vəd edilir.

Musavat.com xəbər verir ki, bu barədə “Mojem obyasnit” portalı məlumat yayıb.

Bundan əlavə, Moskva Politexnik Universitetinin bəzi tələbələrinə konsertə pulsuz gəlməyi və dostlarını gətirmələrini xahiş edən mesajlar gəlib. Arzu edənlərdən Federal Mühafizə Xidməti tərəfindən yoxlanılmaq üçün pasportlarının fotoşəkillərini göndərmələri tələb olunur.

Qeyd edək ki, söhbət fevralın 22-də Lujnikidə keçiriləcəyi elan edilən konsertdən gedir. Həmin tədbirdə RF prezidenti Vladimri Putinin də iştirak edəcəyi gözlənilir. Bir gün əvvəl, fevralın 21-də onun Federal Məclisdə (Dövlət Duması və Federal Şuranın birgə iclası belə adlanır). Konsertin planlaşdırılan auditoriyası 200 min nəfərdir.

Putin sonuncu dəfə martın 18-də, Ukraynaya qarşı müharibənin başlamasından üç həftə sonra Lujnikidə çıxış edib. Tamaşa Krımın işğalının səkkizinci ildönümünə həsr olunub.

“Mojem obyasnit” ötənilki konsertə gələnlərə daha çox, 1500  rubl ödənildiyini xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR