Onlayn ictimai-siyasi qəzet
Ukraynada gedən müharibə Rusiya iqtisadiyyatını çökdürüb, əhalinin vəziyyətini ağırlaşdırıb. Bəzi analitiklərin fikrincə, bu gedişat xalqın Putin iqtidarının üzərinə qalxmasına və onu devirməsinə səbəb ola bilər. Hətta ABŞ prezidenti Co Bayden də iki dəfə açıq şəkildə deyib ki, Putin hakimiyyətdə qala bilməz. Bəziləri bunu Putinin devriləcəyinin anonsu kimi dəyərləndirir.
Bəs Rusiya liderinin hakimiyyətdən getməsi Azərbaycan-Rusiya münasibətlərinə, Qarabağdakı proseslərə necə təsir edə bilər? Əgər Putin hakimiyyətdən getsə Qərbdən Azərbaycana təzyiqlər arta bilərmi? Ümumiyyətlə, Putinin hakimiyyətdə qalması və ya getməsi Azərbaycan siyasətində mövcud proseslərə təsir göstərə bilərmi?
TV Musavat olaraq bu mövzuda paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışdıq.
Videomaterialı təqdim edirik:
Elçin Əkbərov,
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ