İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin dostu Rusiyada öz “Vaqner”ini qurur

İlhaq edilmiş Krımın “rəhbəri” Sergey Aksyonovun yaratdığı “Konvoy” özəl hərbi şirkəti VTB Bank və milyarder Arkadi Rotenberqdən 300 milyon rubldan (təxminən 2 milyon 900 min dollar) çox pul alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Dosye” mərkəzi məlumat yayıb.

Bankın məlumatlarına əsasən, 2022-ci ilin oktyabr ayında Rotenberqə məxsus “Sanatorium Ai-Petri” şirkəti “Konvoy”a ianə formasında 120 milyon rubl pul köçürüb. “Sanatorium Ai-Petri” şirkəti Rotenberqin İnfrastruktur Layihələrinin İdarəetmə Şirkəti vasitəsilə idarə olunur.

Bundan başqa, “VTB Strana” xeyriyyə fondu əlavə olaraq “Konvoy” özəl hərbi şirkətinə 200 milyon rubl ayırıb.

“Konvoy”a əvvəllər Yevgeni Priqojinin “sağ əli” sayılan “Mazay” ləqəbli Konstantin Pikalov rəhbərlik edir. “Konvoy”un mövqeləri qismən işğal altında olan Xerson vilayətində, təlim poliqonu isə Krım yaxınlığındakı Perevalnoye kəndində yerləşir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR