İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin aşpazı” vurulur?-Yerli mətbuata onun adını çəkməmək tapşırılıb  

Mediada “Putinin aşpazı” deyə bilinən, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin üçün qara günlər başlaya bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, kremlyönlü politoloq Sergey Markovun bu günlərdə “The New York Times” qəzetinə verdiyi şərh hər kəsin diqqətini çəkib. Onun sözlərinə görə, son həftələrdə Rusiya televiziya kanallarında  siyasi tok-şouların qonaqlarına “Vaqner”in və onun qurucusunu təbliğ etməmək tapşırılıb. “Bu, təkcə mənə aid deyil, rəhbərliyin tələbidir. Görünür, onu siyasətə cəlb etmək istəmirlər. Çünki bu adamın hərəkətlərini bilmək olmur. Deyəsən həm də ondan bir az qorxurlar”,-deyə Markov qeyd edib..

“Vaqner”ə yaxınlığı ilə bilinən “Grey Zone” telegram kanalı, Müdafiə Nazirliyindən gəldiyi iddia olunan bir əmri dərc edib. Burada Priqojinin adını çəkməmək, onun dəstəsini “ könüllülər” və ya “Rusiya ordusu” kimi adlandırmamaq tapşırılıb.

"Putinin aşpazı" bu yaxınlarda “WarGonzo” saytına verdiyi müsahibədə heç bir siyasi ambisiyasının olmadığını bildirib. Lakin “The New York Times” qəzeti onun son aylarda o, güclü PR təbliğat apardığını vurğulayıb. Qəzet bəzi oliqarxların onu şəxsi təhlükəsizliklərinə təhdid olaraq gördüklərini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR