Onlayn ictimai-siyasi qəzet
Biznesmen Yevgeni Priqojin ilk dəfə 2014-cü ildə “Vaqner” özəl hərbi şirkətini yaratdığını etiraf edib. Bu, Suriya və Ukraynada döyüşən, həmçinin məhbusları orduya cəlb edən ilk özəl hərbi şirkətdir.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Priqojin özəl şirkəti qurduğu zaman kazakların toplaşdığı poliqona getdiyini, dünyada rusları qoruyacaq xüsusi birliklər üçün pul xərclədiyini söyləyib.
“Amma mən çox tez başa düşdüm ki, bütün bu kazaklar və digər hərbiləşdirilmiş yoldaşların yarısı fırıldaqçılardır, digər yarısı isə könüllüləri işə götürərək onları silahsız həqiqi ölümə göndərirlər. Buna görə bu işlə özüm məşğul olmaq qərarına gəldim”, - deyə Priqojin bildirib.
Qeyd edək ki, Rusiya prezidentinə yaxınlığı ilə bilinən iş adamı daha əvvəllər özəl hərbi şirkətlərlə əlaqəsini inkar etmiş və bununla bağlı yazan jurnalistləri məhkəməyə verərək qalib gəlmişdi.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ