İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin adamları ondan uzaqlaşır: Fridman və Aven sanksiyalardan qurtulmaq üçün aktivlərini satdı

 

Rusiyalı biznesmenlər Mixail Fridman və Piyotr Aven Avropa İttifaqının (Aİ) sanksiyalarından qurtulmaq üçün "Alfa-Bank" və "Alfa Sığorta"dakı paylarını satıblar. Alıcı onların biznes tərəfdaşı Andrey Kosoqorov olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Financial Times məlumat yayıb.

Gələn məlumatlara görə, Fridman və Aven birlikdə "Alfa-Bank"ın 45%-nə, "Alfa Sığorta"nın isə 42%-nə sahib olublar. Hər iki şirkətin ümumi dəyəri təxminən 240 milyard rubl (təxminən 2,5 milyard dollar) olaraq qiymətləndirilir. Saziş keçən ilin sonunda baş tutub və onun hazırlığı 2023-cü ildən aparılıb.

Fridman və Aven sanksiyalarla bağlı bir neçə dəfə məhkəməyə müraciət ediblər. 2023-cü ilin aprelində Avropa İttifaqı məhkəməsi onların sanksiyaya məruz qalması ilə bağlı ilkin qərarı və ilk uzadılma qərarını ləğv etsə də, sonrakı sanksiya uzadılmaları qüvvədə qalmağa davam edir.

İş adamları ümid edirlər ki, bu satış onlara Aİ sanksiyalarından tamamilə azad olmağa kömək edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR