İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin adamı ABŞ etirazlarını "rəngli inqilab" adlandırdı – dərin dövlətin izi iddiası


ABŞ-da Trampın siyasətinə qarşı keçirilən genişmiqyaslı etirazlar beynəlxalq reaksiyalara səbəb olub.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ-la danışıqlar üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev sensasion iddia ilə çıxış edib.

O, sosial şəbəkə “X”də paylaşım edərək ABŞ-dakı “Hands Off!” (Əllərinizi çəkin!) şüarlı etirazların arxasında “dərin dövlət”in dayana biləcəyini irəli sürüb.

Dmitriev bildirib ki, bu cür mükəmməl təşkil olunmuş aksiyalar bir sual doğurur: “Dərin dövlət xaricdə tətbiq etdiyi rəngli inqilab ssenarilərini indi öz ölkəsindəmi həyata keçirmək istəyir?”

O, ABŞ-ın illərdir başqa ölkələrdə bu cür inqilabları dəstəklədiyini xatırladaraq, indi oxşar ssenarilərin Vaşinqtonun özündə gerçəkləşə biləcəyini iddia edib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR