Onlayn ictimai-siyasi qəzet
100 yaşlı veteran Putindən Ukrayna cəbhəsinə getmək istəyini dilə gətirdi
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə 100 yaşlı İkinci Dünya müharibəsi veteranı arasında baş tutan dialoq sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Mayın 8-də – faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirdə Putin bir qrup müharibə veteranı ilə Kremldə görüş keçirib. Onlardan biri – Serjant Sadıkov adlı veteran çıxış edərək Rusiyanın Müdafiə Nazirinə məktub yazdığını bildirib. O, 100 yaşı və əlavə 5 ayı olmasına baxmayaraq, Ukrayna cəbhəsində döyüşmək istədiyini deyib.
Sadıkovun üzərində çoxsaylı orden və medallar, başında isə qafqazsayağı papaq olub. Veteranın görünüşü və soyadı onun müsəlman mənşəli ola biləcəyini göstərir. Onun çıxışı zamanı söylədikləri zaldakılarda emosiya, kənardakılarda isə komik hisslər doğurub.
Bir vaxtlar Sovet İttifaqı ordusunun tərkibində Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus və digər respublikaların əsgərləri ilə birgə faşizmə qarşı döyüşən 100 yaşlı bir serjantın bu gün Ukrayna ilə müharibəyə qatılmaq istədiyini söylətmək həm absurddur, həm də komik. Amma görünür V. Putinə bu cür səhnələr çox lazımdır...
Musavat.com
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ