İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə “səsli bomba” hücümu

Ermənilər Beynəlxalq Cinayət Məhkəməsinin qərarından “ruhlanaraq”  nifrətlərini Azərbaycan və Türkiyə liderlərinə qarşı yönəldiblər; Hər şey yalnız kağız üzərində hüquqidir-güc kimdədirsə, haqlı odur...  

Sosial şəbəkələr  rusiyalı müxalif mövqeli adamların Beynəlxalq Cinayət Məhkəməsinin prezident Putin haqda həbs qərarına reaksiyaları ilə doludur. Qaçqın biznesmenlər, artistlər, siyasətçilər bu qərardan xeyli məmnundurlar.  Onları sırasında xüsusilə birinin -Rusiyada hələ bir neçə il əvvəl qaçmağa məcbur olmuş siyasətçi və keçmiş FTX polkovniki Gennadi Qudkovun replikası diqqətmi çəkdi. Məlumdur ki,  Qudkov 2012-ci ildə Putin haqda tənqidindən sonra deputat mandatından məhrum edilib, hazırda Bolqarıstanda yaşayır və bir neçə gün əvvəl Rusiya Ədliyyə Nazirliyi ona da “xarici agent” qanununu tətbiq edib. 

Qudkovun replikası belədir:     

Priqojin Putinin yanına gəlib deyir: İstəyirsən 6 ay döyüşmək müqabilində azadlığa çıxasan? 

Frb_2I7XwBQFcGB.jpg (25 KB)

Qudkovun da, Ukrayna müharibəsinə etiraz olaraq ölkəni tərk etmiş bəzi müxalifətyönlü elitanın qayət bu qərardan niyə sevindiyi aydındır. Onlar belə düşünürlər ki, Rusiyanın başına gələn cümlə-bəlalara Putin günahkardır, bu qərar prezidentin təcridini sürətləndirəcək və sair... İsveç(rə)də sığınacaq almış yəhudi biznesmen Xodorkovski isə sevinməyə tələsməməyə məsləhər görür və yazır ki, Putinlə bağlı qərar hələ başlanğıncdır.  Putin Federal Məclisə son müraicətində ölkədən gedən “No war”çılara(müharibə əleyhdarlar) və xaricə sığınmış adamları xəyanətkar, vicdansız hesab etdiyini bir daha təkrar etdi. Onlar da indi eyni üslubda, bəlkə də daha sərt formada Putinə cavab verirlər, aşağılayıcı mövqe bildirirlər.  

Bəziləri deyir ki, Putinin həbsi üçün verilmiş order simvolikdir, lakin bu, tam olaraq belə deyil. Putin bundan əvvəl eyni məhkəmənin barəsində həbs qərarı verdiyi nə Qəddafi, nə Ömər Əl-Bəşirdir. İndi dünya siyasəti üzbəüz təmaslardan daha çox video-konfranslarla gerçəkləşir. O səbəbdən “Putin filan yerə getsə həbs ediləcək, filan yerə getsə həbs edilməyəcək” ciddi söhbət deyil. Məhkəmənin qərarı şübhəsiz ki, Putinə zəng edən bəzi liderlərdə psixoloji diskomfort yarada da bilər. Axı indi Putinin hüquqi statusu dəyişib, barəsində həbs orderi imzalanıb.  

1b6e15dd81683f2ae0fd0af17102be49 (1).jpg (765 KB)

Elə bundan başlamaq olar ki, bu qərarın arxasında dayanan güclərin əsas hədəfi Putinlə bütün təmasları kəsməyə hesablanıb. Amerika belə sərt addımlar atmağı sevir. Qaz kəmərini dənizin altında partldaraq Avropa ilə Rusiyanın qaz əlaqələrini kəsdi, bu da indi Kremlə eyni “səs bombalı hücumdur”. Həm də bu qərarın hansı ərəfədə verilməsinə diqqət edək. Çin rəhbərinin Rusiyaya gəlməsi tarixi açıqlanan kimi Putinin orderi imzalandı.

Vladimir-Putin-Si-Cinpin-2.jpg (44 KB)

Çin liderini aylardır Rusiyadan uzaq durmağa çağırırdılar, Si Çinpin isə yenidən rəhbər seçiləndən sonra ilk rəsmi səfərini Moskvaya etməklə ABŞ-ın qəzəbini artırdı. İndi verilən mesaj həm də Çin liderinədir. Amerikanın siyasi isteblişmenti qoca Baydenin Çinlə bağlı siyasətində strateji yanlış etdiyinin fərqindədir.  Çin təzyiqlərə rəğmən Rusiyadan  uzaqlaşmaq əzvəzinə, əlaqələrini daha da sıxlaşdırdı. Sanksiyalara qoşulmayan Çini Tayvana “çomaq soxmaqla” da yola gətirmək mümkün olmadı.  Ağ Ev indi bu strateji yanlışı belə order verməklə kompensasiya etməyə çalışır. “İndi getsin bir hüquq canisi, barəsində həbs qərarı olan Putinlə görüşsün” demək istədilər.  Bu Çin liderinə həm də o xəbərdarlıqdır ki, uyğurlara qarşı törədilmiş cinayətlərə görə onun barəsində də eyni qərar verilə bilər. Yəni bu orderin siyasi yükü, onun hüquq yükünü üstələyir. Belə olmasydı, vaxtilə Köçəryan və Sərksiyanın törətdikləri cinayətlərə görə də eyni qərar veriməli idi. Həm də müraciət-filan gözləmədən. Elə Xocalı şəkilləri kifayət idi ki, bu cani prezidetlər qandallansın. O səbəbdən “hüquq, ədalət” deyib, sevinməyin mənası yoxdur. Hər şey yalnız kağız üzərində hüquqidir. Güc kimdədirsə, haqlı odur...  

serkisyan-koceryan.jpg (38 KB)

Yeri gəlmişkən, erməni mediası və sosial seqmentinə də diqqət etmək lazımdı.  Onlar da Putinlə bağlı qərarı sevinclə qarşılayıblar. Amma ermənilər abır-həya etmədən bu qəradan “ruhlanaraq”  nifrətlərini Azərbaycan və Türkiyə liderlərinə qarşı yönəldiblər, Əliyev və Ərdoğanı 44 günlük müharibəyə görə “qınayırlar”. Putin qərarı presidentdir, amma onu görün, kimlər və hansı səmtə yönəldirlər…

Nazim SABİROĞLU, 
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR