İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Zelenski haqda inanılmaz AÇIQLAMA

Kreml lideri təsdiqləyib ki, müharibənin sərt fazasınadək ukraynalı həmkarı ilə əlaqə saxlayıb, lakin indi onun prezident kimi legitimliyinə Konstitusiya Məhkəməsi cavab verməlidir; Rusiya prezidenti Xarkovu tutmaq niyyəti olmadığını da açıqlayıb, Ukrayna isə rus şəhərlərinə dronlar yağdırır…

Rusiya Federasiyası Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazırdır.

“Yeni Müsavat” xəbər verir ki, bunu mayın 17-də Rusiya prezidenti Vladimir Putin Çində olarkən bildirib. 

O, ölkəsinin Ukrayna ilə bağlı sülh danışıqlarında iştiraka hazır olduğunu, lakin İsveçrədəki konfransa dəvət edilmədiyini söyləyib. Kreml lideri əlavə edib ki, Rusiya hazırda Xarkov şəhərini ələ keçirməyi planlaşdırmır. O, Silahlı Qüvvələr tərəfindən Xarkovda keçirilən hərbi əməliyyatı Rusiyanın müxtəlif regionlarının atəşə tutulmasına cavab olaraq sanitar zonalar yaratmaq üçün keçirildiyini əlavə edib. Rusiya Prezidenti münaqişənin kəskin fazasına qədər ukraynalı həmkarı Zelenski ilə daim əlaqə saxladığını da açıqlayıb. Putin Zelenskinin legitimliyi ilə bağlı sualı şərh edib. O, hesab edir ki, bu suala Ukraynanın hüquqi və siyasi sistemi, o cümlədən cümlədən Konstitusiya Məhkəməsi cavab verməlidir. Onun sözlərinə görə, Rusiya üçün Zelenskinin legitimliyi məsələsi vacibdir. Rusiya lideri qeyd edib ki, taleyüklü sənədlər qanuni orqanlarla imzalanmalıdır.

Göründüyü kimi, Rusiya lideri Xarkova hücumları öz ərazilərinə olan zərbələrə adekvat cavabla əlaqələndirib. Lakin o da faktdır ki, rus qoşunları Xarkovun bir neçə kəndini və yaşayış məntəqələrini tutub. Amma Kreml başçının bu açıqlaması müəyyən mənada hərbi əməliyyatların gedişinə təsir edəcək və ordunun bu istiqamətdə hücumları səngiyə bilər.

Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, ordu Xarkov vilayətində Rusiya hərbçilərinə hazırda olduğu mövqedən irəli getməyə imkan vermir:

“Onların irəlilədiyi ən uzaq məsafə cəmi 10 kilometdir. Cəbhənin müxtəlif istiqamətlərində isə irəliləyiş olmayıb”.

O deyib ki, Silahlı Qüvvələrin və Birləşmiş Ordunun, eləcə də Sərhəd Qoşunlarının komandanları ilə müzakirələrdə ona cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verilib. Ukrayna liderinin sözlərinə görə, Xarkov istiqamətinə müxtəlif batalyonlar cəlb edilməklə, bölgənin müdafiəsi gücləndirilib:

“Rusiya ordusu bu istiqamətdə müdafiə xəttini yara bilməyib. Onların sərhəddə daha güclü silahlardan istifadə etməsi itkilərimizin sayını artırır. Məndə olan məlumata görə Rusiya əsgərləri hələ də oradakı mövqeyində qalmaqda davam edir. Birinci və ikinci atəş xətlərində bizim hərbçilər dayanıb, üçüncü müdafiə zonasında isə yerli sakinlərdən ibarət özünümüdafiə dəstələri keşik çəkir”.

Zelenski əlavə edib ki, hazırda Rusiya ordusu Volçansk şəhərində möhkəmlənməyə çalışır.

Eyni vaxtda isə Rusiyanın dörd regionunda 100-dən çox PUA vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ən böyük hücum Krıma edilib. Burada 51 dron vurulub. Krasnodar diyarında 44, Belqorodda 6, Kurskda isə 1 PUA məhv edilib. Belqoroda atılan PUA-lardan biri mülki avtomobilə dəyib. Nəticədə qadın və dörd yaşlı uşaq həlak olub. Bir nəfər isə yaralanıb. Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri 6 ədəd dəniz dronunu məhv edib. Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev Ukraynanın kütləvi hücumu nəticəsində şəhərdə elektrik enerjisinin kəsildiyi, məktəblərdə dərslərin dayandırıldığını bildirmişdi.

Təhlilçi Asif Nərimanlının fikrincə, Ukrayna cəbhəsində Kiyevin böyük əks-hücum əməliyyatının uğursuzluğundan sonra rus ordusu üçün vəziyyət o qədər də pis deyil, əksinə işğal etdikləri ərazilərdə möhkəmləndiyi və irəlilədiyi haqda xəbərlər gəlir, Xarkov istiqamətində baş verənlər bunun son nümunəsidir:

1679151828_854.jpg (90 KB)

“Şoyqunun gedişi və yerinə Andrey Belousovun təyin edilməsi daha çox Putinin gələcək planından qaynaqlanır. İqtisadçı olan Belousov mülki şəxs kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək, lakin bu, Ukrayna müharibəsinin gedişində, ümumiyyətlə ordunun hərbi fəaliyyətində dəyişikliyin olacağı demək deyil. Çünki hərbi məsələlər Gerasimov başda olmaqla generalların işidir, Şoyqu postundan getdiyi vaxt Ukraynada müharibənin davam etməsi də nazirin həlledici olmadığını göstərir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadəyə görə, bu gedişlə Ukrayna iki yerə bölünə bilər. Onun fikrincə, Rusiya Ukraynada taktiki üstünlüyü ələ alıb:

54b62bc752eff99b824379234b297d35.jpg (47 KB)

“Qərb silahların verilməsini gecikdirməsi Dneprin şərqinin Rusiya tərəfindən işğal edilməsinə gətirib çıxara bilər. Bununla Rusiya ilə danışıqlara Ukrayna məcbur edilir və Dneprin şərqi Rusiyanın tam nəzarətinə keçir. Bununla Rusiya və Ukrayna arasında atəşkəs əldə edilir və üzüm müddətli danışıqlar aparılır.Rusiyanın Xarkovu işğal edərsə, əməli yardımlar gecikirsə, Vaşinqton və Brüssel Ukraynanın şərqini Rusiya güzəştə gedir. Rusiyanın dayanması mümkün görünmür. Qərb hesab edir ki, Ukrayna xalqı Qərb və Şərqdən ibarətdir. Şərqi Ukrayna Rusiya tərəfindən işğal edildikdən sonra Qərbi Ukraynanı NATO və Avropa İttifaqına qəbul edəcək”. Ekspert hesab edir ki, Rusiya təkcə Ukraynanın şərqini deyil, Odessa olmaqla Qara dəniz sahilini işğal etməyi hədəfləyib: “Rusiya Dneprə qədər şərqi Ukraynanı işğal edərsə, paytaxt Xarkov olmaqla ikinci Ukrayna dövləti elan etməsinə gedə bilər. Yaxın 20 gün ərzində Ukraynaya Qərbin ayırdığı silahlar çatdırılmasa, Xarkov işğal olunsa, Vaşinqton başda olmaqla NATO Ukraynanın iki yerə bölünməsində maraqlıdır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR