İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Suriya ilə bağlı MÜHÜM AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşü zamanı Suriya və digər regional məsələlərlə bağlı bir sıra mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Putin vurğulayıb ki, Suriyada gələcək siyasi və sosial məsələlərin həllini suriyalıların özləri müəyyən etməlidir.

O, Rusiyanın Suriyada vəziyyətin kompleks həlli məsələsində sadiq olduğunu  və Suriya xalqını dəstəkləməyə davam edəcəyini bildirib.

Rusiya və İranın əməkdaşlığına da toxunan Putin bildirib ki, hər iki ölkə qlobal səhnədə müstəqil siyasət aparır, xarici təzyiqlərə və qanunsuz sanksiyalara qarşı dayanır.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Xüsusilə energetika sahəsi bu əlaqələrin ən önəmli istiqamətlərindən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR