Onlayn ictimai-siyasi qəzet
Rusiya Baş Qərargah və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində "Oreşnik" raket kompleksi ilə vurulacaq hədəfləri müəyyənləşdirir.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. O əlavə edib ki, Kiyevdə qərar qəbul edən mərkəzlər "Oreşnik" raketlərinin hədəfi ola bilər. Məlumata görə, Putinin açıqlamaları Moskvanın Ukraynada yeni və daha sərt taktikalara keçəcəyinə işarə kimi görünür. Rusiya dəfələrlə bildirib ki, Qərbin uzaqmənzilli silahları ilə zərbələr NATO-nun münaqişəyə birbaşa cəlb olunması deməkdir - Putin belə deyib. Kreml liderinin sözlərinə görə, Rusiya dəfələrlə bildirib ki, Qərbin uzaqmənzilli silahları ilə zərbələr NATO-nun münaqişəyə birbaşa cəlb olunması deməkdir.
Və əlavə edib ki, Rusiya ötən gecə Ukraynaya 90 raket və 100 PUA ilə kompleks zərbə endirib. Onun sözlərinə görə, ötən gecə Rusiya Ukraynada raket və PUA hücumu nəticəsində 17 hədəfi vurub. Putin deyib ki, Rusiya Bryansk və Kursk vilayətlərinə uzaq mənzilli raket hücumlarına cavab olaraq “Oreşnik” raketlərini sınaqdan keçirməyə məcburdur. Rusiya prezidenti qeyd edib ki, Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib. Putin Ukrayna rəhbərliyini tamamilə qeyri-legitim, hakimiyyəti qəsb edən və hətta orduya əmr vermək hüququna malik olmayan adlandırıb. Rusiya Federasiyası "Oreşnik"in kütləvi istehsalına başlayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla söhbətləşir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ