İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ŞOK ANONS - Yaxın vaxtlarda...

Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada Kreml sarayında Ukrayna-Rusiya müharibəsində xidmət etmiş müharibə müxbirləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, Putin Qərbin verdiyi silahların tezliklə tükənəcəyini və “Ukraynanın müdafiə sənayesinin tezliklə tarixə qovuşacağını” bildirib.

O qeyd edib ki, Ukraynanın özünün müdafiə sənayesi yoxdur, Qərbin silahları ilə dəstəklənir, lakin bu silahlar da məhv ediləcək:

“Ukrayna ordusu hansı silahlarla döyüşür? Ukrayna müdafiə sənayesi Leopard, yoxsa Bradley istehsal edir? Yoxsa hələ istifadə olunmayan F-16-lar? Onlar özləri heç nə istehsal etmirlər. Xaricdən sursat, texnika, silah gətirirlər, hər şey kənardan gəlir. Bu şəkildə uzun müddət yaşaya bilməzsən. Sağ dayana bilməzsən. Rusiya müntəzəm olaraq Ukraynanı hərbi güclə tərksilah etməkdə maraqlıdır. Ukraynanın müdafiə sənayesi tezliklə tarixə qovuşacaq”.

Jurnalistlərin Rusiya ordusunun yenidən Kiyevə girmək niyyətində olub-olmadığı barədə sualını cavablandıran Putin hələ bunun bəlli olmadığını bildirib:

“Qoşunlarımız Kiyevdə idi. Əvvəlcə biz orada razılaşdıq və mövcud vəziyyəti necə düzəltmək barədə yaxşı razılıq əldə olundu. Amma onlar (Ukrayna - red.) bunu kənara atdı. Amma yenə də, bu müddət ərzində biz indi olduğumuz yerə qədər irəliləmişik. Yəni Donetskin Azov dənizinə qədər uzanan əhəmiyyətli bir hissəsi, Mariupol və kiçik bir hissəsi istisna olmaqla, demək olar ki, bütün Novorossiya və bütün Luqansk Xalq Respublikası. Biz Kiyevə yenidən girməliyik, ya yox? Hələ buna cavab yoxdur. Bunu ancaq özüm bilirəm”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR