İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən SENSASİON HƏBSLƏR: Məşhur siyasətçi TUTULDU, “Sülh” deyənlər TÜRMƏYƏ gedir

Rusiyada hakimiyyət orqanları Ukraynada işğalçı müharibəyə qarşı çıxan siyasi fəallara qarşı təzyiqləri davam etdirir. Son hədəf müxalif “Yabloko” partiyasının sədr müavini, tanınmış siyasətçi və keçmiş deputat Lev Şlosberq olub. İyunun 10-da səhər saatlarında onun Pskov şəhərindəki evində və atasının mənzilində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb, bütün video-texnika müsadirə edilib. Paralel olaraq partiyanın yerli ofisinə də reyd təşkil olunub.

Hadisə barədə ilk məlumatı dövlətə bağlı RT kanalı yayıb. Məlumata görə, Şlosberqə qarşı Rusiya ordusunun təkrar diskreditasiyası maddəsi ilə cinayət işi açılıb. Bu maddə, ilk inzibati cəzadan sonra eyni "pozuntu"nun təkrar edilməsi halında cinayət məsuliyyəti nəzərdə tutur.

Pskov “Yabloko” təşkilatının yaydığı açıqlamaya əsasən, ittihamın əsasında Şlosberqin tarixçi Yuri Pivovarovla debat zamanı Ukraynadakı müharibənin tezliklə dayandırılmasının vacibliyini müdafiə etməsi durur. Həmin debatın videosunun sosial şəbəkə “Odnoklassniki”də yayımlandığı iddia olunur. Lakin siyasətçi bu videonu özü yerləşdirmədiyini bildirir.

Rusiya bu gecə Kiyev şəhərinə qarşı genişmiqyaslı dron və raket hücumu təşkil edib. Musavat.com xəbər verir ki, hücum zamanı "Artem" zavodunun və hava limanındakı yanacaq çənlərinin zədələndiyi bildirilir.

Kiyevin müxtəlif yerlərində güclü yanğınlar baş verib və şəhəri qatı tüstü bürüyüb. Məlumata görə, Kiyev vilayətinin Borispol şəhərində, eləcə də Çerkassı, Kirovoqrad, Çerniqov və Odessa vilayətlərində silsilə güclü partlayışlar qeydə alınıb.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Azad Vətən Partiyasının sədri Akif Nağı ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR