İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən MÜHÜM FƏRMAN - Buşirkətlərin aqibəti BƏLLİ OLDU

Rusiya prezidenti Vladimir Putin Rusiya müdafiə sənayesi şirkətləri üçün mühüm fərman imzalayıb.

Musavat.com xəbər verir ki, müdafiə sahəsində hökumətin sifarişlərini yerinə yetirməyən və məhsul tədarük etməyən müəssisələrə qəyyumlar təyin ediləcək.

Bundan əlavə, sözügedən müəssisələrdə auditin aparılması üçün işçi qrupu yaradılacaq.

Fərmana əsasən, sözügedən şirkətlər Rusiya dövlətinin müdafiə sahəsindəki sərəncamları rədd edəcəyi təqdirdə qəyyum təyin ediləcək: “Bu sahibkarlıq subyektlərinin səhmdarlarının və direktorlarının hüquqları dayandırılacaq”.

Fərmanın artıq qüvvəyə mindiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR