İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən İsrail və Fələstinə ÇAĞIRIŞ - Ciddi nəticələrə səbəb olacaq

Rusiya prezidenti Vladimir Putin Fələstin-İsrail münaqişəsində hər iki tərəfi qadın və uşaqlara toxunmamağa çağırıb.

Musavat.com rus mediasına istinadən xəbər verir ki, o, bu barədə Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.

Putin qeyd edib ki, həm İsrail, həm də Fələstinin aqressiyası böyükdür, lakin dinc əhali arasında itkiləri minimuma endirmək lazımdır.

"Baş verənlər dəhşətlidir. Qadınları və uşaqları rahat buraxın. Bu, hər iki tərəfə aiddir", - deyə Rusiya lideri vurğulayıb.

Rusiya prezidenti bildirib ki, İsrail və Fələstin arasında münaqişə zonasının genişlənməsi enerji sənayesi də daxil olmaqla, ciddi nəticələrə səbəb ola bilər.

Putinin sözlərinə görə, yaxın gələcəkdə vəziyyətin hansı istiqamətdə dəyişəcəyi bilinmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR