Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər. Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
“İrəvan Kazan danışıqlarından sonra nəqliyyat yollarının açılması ilə bağlı təklifləri Bakıya göndərib və indi cavab gözləyir”.
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib. Parlament üzvü konkret hansı təkliflərdən söhbət getdiyini açıqlamayıb. İki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlament tribunasından Kazanda keçirilən danışıqların təfərrüatlarını açıqlayaraq, Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı hər iki tərəf üçün məqbul həll variantının ola biləcəyini bəyan edib. “Biz bu təklifi yazılı şəkildə Azərbaycana çatdırmışıq”, - deyə Paşinyan bildirib. Ancaq o da təkliflərin məzmununu açıqlamayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hüquqşünas, siyasi şərhçi Polad Mehdiyevlə COP29 gündəmini və Kreml liderinin Azərbaycan prezidentinə zəngini müzakirə edir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ