İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən dünyanı ŞOKA salan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə videobağlantı vasitəsilə qatılaraq dünyada geosiyasi ziddiyyətlərin getdikcə kəskinləşməsindən danışıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putinin sözlərinə görə, ŞƏT beynəlxalq məsələlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə real töhfə verir.

“Bu, geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi indiki şəraitdə xüsusilə əhəmiyyətlidir. Beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyası davam edir. İnkişaf etmiş ölkələrdə borcların nəzarətsiz toplanması fonunda yeni qlobal iqtisadi və maliyyə böhranının riskləri artır. Sosial təbəqələşmə, yoxsulluğun artması, qida və ekoloji təhlükəsizliyə yönəlik təhdidlər güclənir”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, bütün bu problemlər münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarır, buna görə də ŞƏT təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək.

Rusiya lideri ölkəsinə qarşı hibrid müharibə aparıldığını, qeyri-qanuni sanksiyalardan istifadə olunduğunu iddia edib.

Putin bunları əsas göstərərək Şanxay Əməkdaşlıq Təşkilatının antiterror strukturunu regionda bütün təhlükələrə qarşı mübarizə mərkəzinə çevirməyi təklif edib. O qeyd edib ki, təşkilatın prioriteti antiterror, ekstremizm və dini radikalizmlə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və banditizmlə mübarizə olmalıdır.

Rusiya prezidenti Ukrayna savaşına da toxunub və bir daha başlatdığı təcavüzkar savaşa haqq qazandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR