İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin zəfər qazandı, Bayden isə... - "Ölüm satıcısı" AZADLIQDA

ABŞ və Rusiya arasında mübadilə sazişi çərçivəsində rus silah qaçaqmalçısı Viktor Butun sərbəst buraxılmasının əks-sədası davam edir. ABŞ-da hiddətə səbəb olan mübadilə Rusiyada “qələbə” kimi qiymətləndirilib. Tənqid oxları Baydenə yönəlib...

Rusiyada həbsdə olan amerikalı qadın basketbolçu Britni Qriner və rusiyalı silah qaçaqmalçısı Viktor But məhbus mübadiləsi çərçivəsində azad edilib.

Musavat.com Fox News-a istinadən xəbər verir ki, sözügedən mübadilə barədə açıqlama verən ABŞ prezidenti Bayden Britni Qriner ilə görüşdüyünü və onun təhlükəsiz şəkildə evinə qayıtdığını bildirib.

Onun rus silah qaçaqmalçısı Viktor But ilə dəyişdirilməsi ABŞ-da rəsmi etirazlara səbəb olub.

"PUTİN BAYDENƏ QALİB GƏLDİ..."

6392c29f4e3fe02850e6c262.jpg (79 KB)

31 yaşlı olimpiya çempionu Qriner fevralın 17-də - Rusiyanın Ukraynaya təcavüzündən bir neçə gün əvvəl avtomobilinin baqajında ​​narkotik maddə olduğu iddia edilərək saxlanıb

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Sergey Markov mübadilə barəsində “Putin Baydenə qalib gəldi” şərhini verib:

“Casusumuzu geri qaytardıq və əvəzində onlara adi bir qız verdik. Ticarət tamamilə bizim xeyrimizədir”.

"Fox News" ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi ilə danışıb. Mənbə "ölüm satıcısı"nın yenidən silah qaçaqmalçılığına davam edə biləcəyini deyib:

“Yüksək rütbəli müdafiə rəsmisi silah satıcısı Viktor Butun yenidən qeyri-qanuni silah qaçaqmalçılığı ilə məşğul olacağından və bununla da bütün dünyada ölümcül münaqişələri alovlandıra biləcəyindən narahatdır”.

“Bəli, bu, Putinin qələbəsidir. Lakin baş verənlər Rusiya liderinin hərbi elitanı sevindirmək ehtiyacını da ortaya qoyur” - CNN International-da dərc olunan təhlildə isə belə deyilir.

Bundan başqa, ABŞ siyasətçisi Marjorie Taylor Greene Baydenin istefaya göndərilməli olduğunu deyib.

“Bayden tərəfindən azad edilən But nə qədər insanı öldürəcək. Bayden səlahiyyətindən sui-istifadə edir" - Greene qeyd edib.

VİKTOR BUT KİMDİR?

6392c2c44e3fe02850e6c264.jpg (80 KB)

Viktor But Banqkokda məhkəmənin başlanmasını gözləyir (Avqust 2009)

Silah alverçisi, 55 yaşlı Viktor But həm də “ölüm satıcısı” kimi tanınır.

But 2008-ci ildə dünyanın ən təhlükəli və ən yoxsul yerlərində silah ticarəti ilə məşğul olduqdan sonra ABŞ və Taylandın birgə əməliyyatı nəticəsində Taylandda tutulub. ABŞ-da hakim qarşısına çıxarılan silah taciri 25 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqanıstandakı Talibandan tutmuş Liviyadakı Müəmmər Qəddafiyə qədər bir çox əlaqələri olduğu iddia edilən Butun hərbi kəşfiyyatda əsas fiqur olduğu bildirilir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR