Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə İranın ali dini lideri Əli Xameneiyə məzmunlu mesajlar çatdırıb.
Musavat.com bildirir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təbii ki, nazir vasitəsilə İranın Ali Rəhbərinə ən xoş arzular və məzmunlu mesajlar çatdırılıb”, - Peskov bildirib.
Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi ilə görüşüb. İran Xarici İşlər Nazirliyinin rəhbəri görüşdə tərəflərin müzakirə etdiyi məsələlər arasında İranın nüvə problemi ilə bağlı dolayısı ilə İran-Amerika danışıqlarını, eləcə də Rusiya-Amerika dialoqunu qeyd edib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ