İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Ərdoğan RAZILIĞA GƏLDİ - Müharibə başlayandan sonra İLK DƏFƏ!

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Musavat.com xəbər verir ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin razılığa gəliblər.

Uşakov səfər tarixinin hələ müəyyən edilmədiyini bildirib: “Bu məsələ ilə bağlı prezident Ərdoğandan dəvət var. Putin və Ərdoğan səfərin tezliklə baş tutacağına dair razılığa gəliblər. Lakin hələlik dəqiq tarix deyilməyib”.

Putinin Türkiyəyə səfəri Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hücumlara başladıqdan sonra onun NATO ölkəsinə edəcəyi ilk səfər olması baxımından önəmlidir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR