Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə yaralanandan sonra əlil olmuş hərbçilərə birdəfəlik müavinətin 4 milyon rubla qədər artırılması haqqında fərman imzalayıb.
|
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ödənişlər Vətən Müdafiəçiləri Fondu tərəfindən həyata keçirilir.
Sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Qeyd edək ki, Rusiya hökuməti noyabrın 13-də müharibə iştirakçılarının döyüş xəsarətləri və bədən xəsarətləri ilə bağlı birdəfəlik ödəmənin məbləği haqqında qərarı təsdiqləyib. Qərara əsasən ağır zədələlər üçün 3 milyon rubl, kiçik xəsarətlər üçün ödəniş bir milyon rubl olacaq.
Qeyd edək ki, son aylarda Ukraynadakı müharibədə iştirakdan boyun qaçıran hərbçilərin sayı sürətlə artır. Minlərlə insan ordudan yayınaraq qeyri-leqal yaşayır, həmçinin orduya cəlb olunanlar hərbi hissələrdən qaçır, yaxud döyüş bölgəsinə gedən kimi Ukrayna tərəfinə könüllü təslim olurlar.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ