İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynada çevriliş hazırlayır - Zelenskidən sensasion “Maydan-3” anonsu

Ukrayna lideri elan edib ki, Rusiya sabitliyi pozmaq üçün “Maydan-3” adlı kampaniya planlaşdırır; ”Kremlin agentura şəbəkəsi o dərəcədə fəal işləyə bilmir” - Professor

Rusiya Ukraynada sabitliyi pozmaq üçün “Maydan-3" adlı kampaniya planlaşdırır. ”Yeni Müsavat" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisində jurnalistlərə müsahibəsində bildirib. Zelenskinin sözlərinə görə, Rusiya Ukraynada xaos yaratmaq və Prezidenti devirmək üçün yeni planlar hazırlayır.

O, 2004 və 2014-cü illərdə Kiyevin mərkəzində baş verən hadisələri xatırladaraq əlavə edib ki, yerli kəşfiyyat orqanları və tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri də yeni planlar barədə məlumat əldə edib. Ukrayna lideri həmçinin əlavə edib ki, HAMAS-İsrail münaqişəsi Ukraynaya silah-sursat çatdırılmasında gecikmələr yaradıb, çünki Ukraynanın ehtiyacı olan sursatlara, xüsusilə 155 mm-lik mərmilərə Yaxın Şərqdə güclü tələbat var. Görünür ki, Ukrayna kəşfiyyatına ölkədə siyasi çevrilişə hazırlıq haqda səhih informasiyalar daxil olub. Ona görə Zelenski “Maydan-3" kampaniyasından danışır.

Çünkü 2024-ci il seçki dövrüdür: Ukrayna, Rusiya və ABŞ prezident seçkilərinə getməlidir. Amma müharibə şəraitində olan Rusiya və Ukraynada seçkilər qeyri-müəyyən müddətə təxirə salına bilər. “Rusiya ilə genişmiqyaslı müharibə zamanı seçkilərlə bağlı Ukrayna cəmiyyətinə sızan bütün məlumatlar məsuliyyətsizlikdir”. Zelenski xalqa videomüraciətində deyib. “Biz hamımız başa düşürük ki, indi, müharibə şəraitində, çoxlu çətinliklərin olduğu bir vaxtda seçki mövzusunu cəmiyyətə atmaq tamamilə məsuliyyətsizlikdir”, - Zelenski qeyd edib. Qanunvericiliyə uyğun olaraq Ukraynada Prezident seçkiləri 2024-cü il martın sonunda keçirilməlidir. Elə martın 17-də də Rusiyada prezident seçkiləri olmalıdır. Amma Putin imzaladığı son qanunla Mərkəzi Seçki Komissiyasına hüquq verdi ki, bu qurum müharibə şəraitində seçkiləri təxirə sala bilər.

İşte Putin'in Ukrayna'daki 4 senaryosu! Uzmanlara göre Rus lider bu 4  senaryodan birini hayata geçirmek istiyor - Son Dakika

“Taym” jurnalı isə məlumat yayıb ki, müttəfiqləri Vladimir Zelenskiyə Ukraynanın mövqelərini itirməsi ilə bağlı xəbərdarlıq edirlər. “Qərb liderləri Zelenkiyə zamanın onun tərəfində olmaması ilə bağlı məxfi şəkildə xəbərdarlıq edirlər. Lakin Putinlə danışıqlara başlamaqla da heç nəyə nail olunmayacaq. Ümumi situasiya Putinin xeyrinə dəyişir: Ukrayna ordusunun əks-hücumu uğurlu olmadı. Qərb isə bahalı çıxılmaz layihəni dəstəkləməkdən ehtiyat edir. Bundan əlavə, Ukrayna üçün nəzərdə tutulan vasitələr də indi İsrailə dəstək və fələstinlilərə humanitar yardım üçün göndərilir”, - deyə bildirilib.

Kiyevdə gedən proseslərlə bağlı ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan isə deyib ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnını həbs etməyə hazırlaşır. “Zelenski Ukraynanın ali baş komandanı Valeri Zalujnının həbsi və məhv edilməsi üçün zəmin hazırlayır. Çox güman ki, buna Zalujnı ilə əlaqəli üç generalı işdən çıxarmaqla başlayacaq”, - Brayan bildirib. Onun fikrincə, Ukrayna hökumətində prezident administrasiyası ilə hərbçilər arasında parçalanma yaranıb, bu, ölkə daxilində vətəndaş qarşıdurmasına səbəb ola bilər. Zalujnı bundan əvvəl Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra iddiaları ilə gündəmə gəlib. General “Economist” nəşri üçün yazdığı məqalədə Ukrayna ordusunun çıxılmaz vəziyyətə düşdüyünü yazıb. Son zamanlarda Zalujnının adı Qərb mediasında tez-tez hallandırılır. Onun Ukrayna prezidentliyinə iddialı olduğunu deyənlər də var. Bu baxımdan Ukraynada sabitliyin pozulması haqda danışan Zelenski hərbi çevrilişə də işarə vurmuş sayıla bilər.

Qabil Hüseynli: “Siyasi Büronun bütün məxfi stenoqramlarını oxuyurdum” -  BRİFİNQ

Qabil Hüseynli

“Yeni Müsavat”a Zelenskinin çıxışını şərh edən professor Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın Ukraynada çevriliş etməsi, “Maydan-3" hərəkatı başlada bilməsi mümkün deyil. Onun fikrincə, Rusiyanın agentura şəbəkəsi Ukraynada o dərəcədə fəal işləyə bilmir. ”Misal üçün Zelenskinin keçmiş müşaviri Arestoviçi Amerikaya apardılar. Eləcə də “5-ci kolon”un əsas üzvləri də zərərsizləşdirilib. Amma Zelenskinin belə çıxışları xoşagələn deyil. Çünki bir-iki aya Ukrayna ordusu yeni hücuma başlamalıdır",- deyə professor qeyd edir. Onun sözlərinə görə, artıq ukraynalı pilotlar “F-16" təlimləri keçir, həmçinin ”ATACAMS" tipli yaylım atəşli sistemlər verilir, alman “Leopard” tankları, Britaniya sistemləri, ABŞ-ın “Abrams” tankları Ukraynanın sərəncamında olacaq. Bu da müasir ordu deməkdir. Əgər bu ordu Rusiyanın yuxarıda dediyimiz ambisiyalarını məhv etməsə, Ukraynanın uğurundan danışmaq çətin olacaq. Lakin mən onun uğur qazanacağını gözləyirəm".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR