Onlayn ictimai-siyasi qəzet
Skolioz onurğanın öz oxu ətrafında rotasiyası və yana əyilməsi ilə xarakterizə olunan bir vəziyyətdir.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva deyib.
O bildirib ki, uşaqlarda ən çox “idiopatik” skolioz rast gəlinir, yəni səbəbi məlum olmayan forması.
Onun sözlərinə görə, bu, adətən 10–15 yaş arasında (yeniyetməlik dövrü) aşkar edilir, lakin bəzən daha erkən yaşlarda da görünə bilər:
“Skoliozun vaxtında aşkarlanması və düzgün müdaxilə edilməməsi, onurğa deformasiyası, ağrılar və hətta daxili orqanlara təsirlə nəticələnə bilər. Valideynlər çiyinlərin bərabər olmamasından, beldə asimmetriyadan, kürəyin bir tərəfində qabartı (xüsusilə əyildikdə) olanda skoliozdan şübhələnə bilərlər. Ortopedik müayinə zamanı “Adams testi” ilə (uşaq önə əyilir) asimmetriya aydın görünür. Rentgen müayinəsi zamanı isə skolioz diaqnozu Kobb bucağı ilə təyin olunur və burada əyilmənin dərəcəsini göstərir”.
Fizioterapevt qeyd edib ki, valideynlər skoliozlu uşağa evdə fiziki fəaliyyətlərdə kömək edə bilər. Lakin onlar yalnız skolioz sahə üzrə mütəxəssis tərəfindən təyin olunmuş məşqləri etməlidirlər:
“Hər bir hərəkət uşaqda əyriliyin yerləşməsi, dərəcəsi və əzələ balansına uyğun olmalıdır. Skoliozun tipinə və əyilmənin yönünə görə hərəkət proqramı fərqli olur. Təsadüfi məşqlər əks halda vəziyyəti ağırlaşdıra bilər. Evdə tövsiyə olunan məşqlər yalnız mütəxəssis göstərişi ilə olmalıdır. Skoliozun erkən aşkarlanması və düzgün müalicə planı çox önəmlidir. Valideynlər evdə dəstək ola bilər, amma bütün fiziki məşqlər fərdi təyinat əsasında və nəzarətlə aparılmalıdır. Ən yaxşı nəticələr multidissiplinar (ortoped, fizioterapevt və lazım gəldikdə cərrah) yanaşması ilə əldə edilir”.
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ