İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır

"Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".

Musavat.com-un məlumatına görə, bunu iyulun 9-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı jurnalistlərin saxlanması ilə bağlı vəziyyətdən sonra Rusiya Federasiyasının Azərbaycanla münasibətlərin qurulması perspektivlərini necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz əminik ki, bütün ortaya çıxan məsələlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir. Bu, faktiki olaraq ölkələrimizin xalqlarının fundamental maraqlarına xidmət edən yanaşmadır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR