İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub"

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin qərargahı vurulub.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib.

Putin bildirib ki, Ukrayna ordusunun hərəkətləri barədə qərar qəbul edən mərkəzlərə zərbələr endirilir, Baş Kəşfiyyat İdarəsinin qərargahı da bu kateqoriyaya aiddir və bir neçə gün əvvəl vurulub:

“Buna cavab olaraq Kiyev rejimi Rusiyanı, Rusiya vətəndaşlarını qorxutmaq üçün başqa yol seçdi və yaşayış binalarına hücumlar təşkil etdi. Bu, təbii ki, terror fəaliyyətinin bariz nümunəsidir”, - Putin qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR