İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin Ukrayna ilə danışıqlara hazırdır” – Peskovdan açıqlama

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazırdır və bu yolu hərbi əməliyyatların davam etdirilməsindən daha üstün hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Prezident Putin istənilən təmaslara açıq olub və olacaq. Mümkünsə, buna üstünlük veriləcək. Eyni zamanda, danışıqlar imkanları Rusiyaya müharibəni davam etdirməkdən başqa seçim qoymayan Qərb ölkələri tərəfindən əngəllənir”, – Peskov qeyd edib.

Onun sözlərinə görə, danışıqlara hazır olma siqnalı Avropa liderlərinə və xüsusən də Parisdə Ukrayna üzrə sülh sammitinin keçirilməsini təklif edən Fransa prezidenti Emmanuel Makrona ünvanlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR