İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyəyə səfər etməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, səfərin konkret tarixlər hələ müzakirə edilməyib.

"Türkiyə prezidenti bizim prezidentimizə onun Türkiyəyə səfərə dəvətini təsdiqləyib. Planlar var, lakin konkret tarixlər hələ müzakirə olunmayıb", - deyə Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakov Rusiya Federasiyası Prezidentinin Türkiyəyə səfərinin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavabında bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR