İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Tramp və Baydeni müqayisə etdi

Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ-da başqa administrasiya hakimiyyətdə olsa, Kreml Ukraynanı tənzimləmək üçün başqa plan seçə bilər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edən Putin eyni zamanda xatırladıb ki, hazırkı prezident Co Baydenin sələfi Donald Tramp dövlət başçısı postunda olarkən hakimiyyətə gəlməsi üçün Rusiyanın seçkiyə müdaxilə etməsi ilə bağlı ittihama məruz qalmasına baxmayaraq, Ukraynaya görə Rusiya Federasiyasına qarşı çoxlu sayda sanksiyalar tətbiq edib. 

Putin bildirib ki, indi Moskva və Vaşinqton arasında, demək olar ki, əlaqə saxlanılmır, amma Rusiya onlardan imtina etməyib.

"Qərb Ukraynanı silahlandırmaqdansa, Ukrayna ilə bağlı vəziyyətdə başqa yolla getsə, daha yaxşı olardı, amma hər halda, heç nə əldə etməyəcəklər", - prezident vurğulayıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR