Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Qərb mediasında Rusiya və ABŞ nümayəndə heyətlərinin Alyaskada keçiriləcək işçi naharının menyusu və oturma planı sızdırılıb.
Məlumata görə, siyasətçilərə ilk olaraq şampan sirkəli sous ilə yaşıl salat və rozmarin- limon yağlı xüsusi çörək təqdim olunacaq. Əsas yemək kimi isə iki seçim var: brendi-pərpərən souslu “file-minyon” bifşteksi və ya “Olimpiya” üsulu ilə hazırlanmış halibut balığı. Qarnir olaraq kartof püresi və qızardılmış quspariş nəzərdə tutulub. Şirniyyat menyusunda isə dondurma ilə servis edilən krem-bryule var.
Bundan əlavə, yayılmış sxemdə Rusiya prezidenti Vladimir Putinin adı “H.E. Putin” (His Excellency – “Zati-aliləri”) kimi qeyd olunub. ABŞ prezidenti Donald Tramp isə sxemdə xüsusi rəmz ilə göstərilib. Analitiklər bunu həm diplomatik etiketin, həm də tərəflərin rəsmi status vurğusunun göstəricisi kimi dəyərləndirirlər.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ