Onlayn ictimai-siyasi qəzet
Floridada jurnalistlərə açıqlama verən Donald Tramp Vladimir Putinlə görüşə hazırlıqlarını açıqlayıb.
“Biz hazırlaşırıq. Prezident Putin görüş istəyir, hətta bunu açıq şəkildə bəyan etdi. Biz Ukrayna münaqişəsinə son qoymalıyıq”, - Tramp deyib. Trampın dediyinə görə, danışıqlar yalnız yanvarın 20-də onun inauqurasiyasından sonra baş tutacaq.
“Prezident Vladimir Putin dəfələrlə bəyan edib ki, o, Trampla təmaslara açıqdır və belə bir dialoq üçün heç bir şərt tələb olunmur, yalnız siyasi iradə və qarşılıqlı istək lazımdır. Biz görürük ki, cənab Tramp da problemləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan edir. Biz bunu alqışlayırıq. Hələlik heç bir konkretlik yoxdur "- Peskovun şərhində belə deyilir.
Musavat.com “Financial Times”a istinadən yazır ki, Putinin Trampla qarşıdakı danışıqlarda əsas məqsədi yeni təhlükəsizlik sazişləri bağlamaq və NATO-nun Rusiya sərhədlərindən “geri çəkilməsinə” nail olmaq olacaq.
Putin Rusiya üçün potensial təhlükələri aradan qaldırmaq üçün dünya düzənini dəyişməyə çalışacaq. Rusiya tərəfi hesab edir ki, Trampı NATO-nun geri çəkilməsinə razı salmaq çətin olmaya bilər.
Trampın özü bu həftə Rusiya ilə gələcək danışıqlarla bağlı bir neçə mühüm açıqlama verib. Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi və Ukraynanın Alyansa potensial daxil olması ilə bağlı mövqeyini başa düşdüyünü ifadə edib, Trampın komandası həmçinin bəyan edib ki, Rusiya ilə təhlükəsizlik sahəsində böyük sövdələşmə bağlamağa hazırdır.
Politoloq Sergey Markov hesab edir ki, Putinlə Tramp arasında mümkün görüşə hazırlıq məxfi məsləhətləşmələr formasında gedir.
“Hazırda tərəflər gələcək danışıqlarda qaldırıla biləcək məsələləri müzakirə edirlər. Aydındır ki, Tramp Moskvaya, Putin isə ABŞ-a uçmayacaq. Bundan başqa, Putin ona qarşı terror aktı həyata keçirilə biləcək ölkəyə uçmayacaq. Hələlik, görüş üçün mümkün yerlər kimi İstanbul, Bakı, Əbu-Dabi və ya Dubay hesab edilə bilər. Ümumiyyətlə, amerikalılar danışıqların nə vaxt aparıla biləcəyini və onlarda hansı məsələlərin müzakirə oluna biləcəyini anlamağa çalışırlar. Belə ki, hazırda bu məqamlarla bağlı dialoq davam edir. Təbii ki, bundan əvvəl Tramp hələ də öz administrasiyasını formalaşdırmalıdır. Bu, son dərəcə vacib nüansdır. Siz başa düşməlisiniz ki, o, Ukraynada sülhün bərqərar olmasına görə Nobel mükafatı almaq istəyir”.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ