Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı yanvarın 14-də Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlamağa başlayacaq.
Musavat.com xəbər verir ki, məlıumatı Brüsseldəki diplomatik mənbələr Polşanın RMF FM radiostansiyasına açıqlayıblar.
Bildirilir ki, Aİ-yə sədrlik edən Polşa məhdudiyyətlərin fevralın 24-də qəbul edilməsini istəyir.
Mənbələrin sözlərinə görə, çərşənbə axşamı Avropa Komissiyası (AK) Aİ-yə üzv dövlətlərin nümayəndələri ilə Rusiyaya qarşı yeni tədbirlərlə bağlı ideyaları müzakirə etməyə başlayacaq və onlar öz təkliflərini AK-ya təqdim edəcəklər. Güman edilir ki, 16-cı anti-Rusiya sanksiyalar paketinin layihəsi yanvar-fevral aylarının qovşağında hazır olacaq.
RMF FM qeyd edir ki, Macarıstan və Slovakiyanın mövqeləri Brüssel üçün yeni məhdudiyyətlər qəbul etməyi çətinləşdirə bilər. "Mövqeyimiz məlumdur. Biz sanksiyaların əleyhinəyik, bununla bağlı heç nə dəyişməyib", - radiostansiya Macarıstan hakimiyyətinin adının açıqlanmayan nümayəndəsindən sitat gətirir.
Polşa Skandinaviya və Baltikyanı ölkələrlə birlikdə Rusiyanın enerji sektoruna əlavə məhdudiyyətlərin tətbiqində israr edəcək, radiostansiya vurğulayır. Bu qrup ölkələr 16-cı sanksiyalar paketi ilə bağlı təkliflərini hələ dekabr ayında təqdim etmişdilər. Onlar Rusiya qazına, o cümlədən LNG-yə embarqo, habelə Rusiyadan neft daşıdığı iddia edilən “kölgə donanması” adlandırılan tankerlərə qarşı sanksiyalar tətbiq etmək istəyirlər. Bundan əlavə, Aİ Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına qoruyucu rüsumlar tətbiq etməyə cəhd edə bilər, çünki bu, bütün Aİ dövlətlərinin təsdiqini tələb etmir.
Xatırladaq ki, dünən ABŞ və Böyük Britansiya Rusiyanın enerji ixracına çox ciddi zərbə vuracaq geniş sanksiyalar paketini açıqlayıblar.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ