Onlayn ictimai-siyasi qəzet
Mayın 14-də axşam Rusiya prezidenti Vladimir Putin İstanbulda Ukrayna tərəfi ilə gözlənilən danışıqlara hazırlıqla bağlı iclas keçirib.
Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, görüşdə Rusiya danışıqlar qrupunun üzvləri, eləcə də təhlükəsizlik orqanlarının əsas nümayəndələri: xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və FTX rəhbəri Aleksandr Bortnikov iştirak ediblər.
Bundan başqa, görüşdə döyüş bölgəsindəki qrupların bütün komandirləri iştirak ediblər.
“Nümayəndə heyətimizin İstanbula yola düşməsi ərəfəsində prezident Putin Ukrayna tərəfi ilə qarşıdakı danışıqlara hazırlıqla bağlı görüş keçirib”, - Peskov qeyd edib.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna nümayəndələri ilə görüşə hazırlaşır, burada ikitərəfli münasibətlərin əsas məsələləri və münaqişələrin həlli ilə bağlı müzakirələr aparılacaq.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ