İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb  

Rusiya prezidenti Vladimir Putin Donald Trampa görüşdə deyib ki, 2020-ci ildə seçkiləri ABŞ-ın səhv seçki sisteminə görə Co Baydenə uduzub.  

Musavat.com xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsi zamanı Tramp deyib.

Trampın sözlərinə görə, Putin onunla razıdır ki, poçtla səsvermə ədalətli seçkiləri təhdid edir: "Ağıllı Vladimir Putin, poçtla səsvermə ilə ədalətli seçkilərin mümkün olmadığını söylədi. O dedi ki, indi dünyanın heç bir ölkəsi bundan istifadə etmir”. O, həmçinin bildirib ki, Putin ona Trampın “seçkilərdə böyük fərqlə qalib gəldiyini” və “Tramp o zaman prezident olsaydı, bu müharibə olmazdı” deyib.

Xatırladaq ki, Putin 2024-cü ildə keçirilən son seçkidə səslərin 87 faizini öz adına yazdırıb: müstəqil müşahidəçilərin, müxalifətçi namizədlərin olmadığı seçkilərdə.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR