İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin sammitdə Paşinyanla mübahisə etdi – “Keçən il daha çox idi, bu il də daha çox olacaq”

MDB sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında qısa, lakin diqqətçəkən mübahisə yaşanıb.

Musavat.com xəbər verir ki, hadisə Paşinyanın Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi barədə çıxışı zamanı baş verib. Baş nazir ticarət həcminin azaldığını qeyd etdikdə, Putin dərhal reaksiya verib:

“Keçən il daha çox idi və bu il də daha çox olacaq!” – deyə Rusiya lideri Paşinyanın sözlərinə etiraz edib.

Sammit iştirakçıları arasında gülümsəmələr yaradan bu dialoq, Putin və Paşinyan arasında son zamanlar müşahidə olunan soyuq münasibətlərin fonunda xüsusilə diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR