İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Priqojinin dəfninə gəldimi?

Bu ilin avqustun 23-də Tver vilayətində təyyarə qəzasında həlak olan "Vaqner" ÖHŞ rəhbərlərinin dəfn mərasiminin keçiriləcəyi Severnı və Serafimovski qəbiristanlığının girişləri qapadılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sever Realii” saytı məlumat yayıb.

Yevgeni Priqojin, qeyri-rəsmi məlumatlara görə, Serafimovski qəbiristanlığında dəfn ediləcək. “Fontanka” saytı avqustun 29-na keçən gecə burada polis patrul maşınlarının peyda olduğunu xəbər edib. İndi polis qəbiristanlığın girişini bağlayıb. Qəbiristanlığın ərazisinə bitişik ən yaxın küçələr də polis tərəfindən mühasirəyə alınıb.Girişdə metal detektorlar var. Daxili İşlər Nazirliyinin əməkdaşları ora keçməyə çalışan insanların çantalarını yoxlayır.

Jurnalistlərin daxil olmasına isə icazə verilmir. Polislərdən biri “Sever.Realii” ilə söhbətində “kiminsə gələcəyinə dair heç bir əlamət olmadığını” deyib.

Rusiya prezidenti Vladimir Putin Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyəcək. Bu barədə Kremlin sözcüsü Dmitri Peskov danışıb. Peskov həmçinin Kremldə "Vaqner" ÖHŞ-nin qurucusunun dəfn mərasimi ilə bağlı "konkret məlumat" olmadığını söyləyib.

Qəbiristanlıqda nə hərbi salamların, nə yaylım atəşi, nə də orkestrin səsi eşidilir. Lakin Yevgeni Priqojin “Rusiya Qəhrəmanı” tituluna sahib olduğu üçün hərbi mərasimlə dəfn edilməli idi.

Yevgeni Priqojinlə birlikdə dünyasını dəyişən Valeri Çekalovun dəfn mərasimi Sankt-Peterburqdakı Şimal qəbiristanlığında başlayıb. Artıq məzarın üstündə Çekalovun adı yazılmış xaç görünüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR