İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin pilotsuz aviasiyanın inkişafı barədə tapşırıq verib

Rusiya Prezidenti Vladimir Putin hökumətə pilotsuz aviasiyanın inkişafı üzrə komissiya yaratmağı tapşırıb, komissiyaya Baş nazirin birinci müavini Andrey Belousov rəhbərlik edəcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

 

Hökumətə bunun üçün dövlət siyasətinin reallaşdırılması üzrə təklifləri hazırlamaq, pilotsuz aviasiyanın hazırlanması, istehsalı və istismarı, kadrların hazırlanması barədə məsələləri həll etmək tapşırılıb. Bununla əlaqədar hökumətə 2023-cü il fevralın 15-dək vaxt verilib. Hökumət komissiyası pilotsuz aviasiyanın inkişafına dair ilk hesabatı gələn il aprelin 30-dək, daha sonra isə ildə bir dəfə bu barədə hesabatı dövlət başçısına təqdim etməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR