İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin ölsə, bunlar baş verəcək” - ŞOK PROQNOZ

“Hərbi məğlubiyyət halında Putin üçün hakimiyyəti saxlamaq çox çətin olacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir rus miqrant-milyarder Mixail Xodorkovski tərəfindən Münxen Təhlükəsizlik Konfransında jurnalist Cek Kelliyə müsahibəsində səslənib.

Xodorkovski Qərbin yalnız Putindən sonra gələnlərlə ciddi danışıqlar aparacağını söyləyib. Rusiya Federasiyası rəhbərliyinin əvəzinə müxalifət nümayəndələrinin dəvət olunduğu Münxen Təhlükəsizlik Konfransında çıxış edən Xodorkovski burada “Əjdahanı necə öldürmək olar?” adlı yeni kitabını da təqdim edib. O, tezislərinin bəzilərini jurnalist Cek Kelliyə müsahibəsində açıqlayıb.

Mixail Xodorkovski Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı mümkün ssenarilərdən danışıb: “Putinin gedişi üçün hərbi məğlubiyyət şərtdir. Ya da bu iş artıq Tanrının ümidinə qalıb”.

“Əgər Putin ölsə, Mişustin onun yerini tutacaq və eyni xətti davam etdirməyə çalışacaq. Amma Putinin rejimi şəxsi xarakter daşıyır və onun yerini tutan birinin öz mühitində həmin tarazlığı qoruya biləcəyi şübhəlidir. Putin hər şeyi şəxsən özü üçün qurub”, - deyə Mixail Xodorkovski bildirib.

“Rusiya Federasiyasının rəhbərliyində dəyişikliklər olsa, yalnız o zaman Qərbin əlinə hansısa “qızıl açarı” keçəcək. İstənilən növbəti hökumət sanksiyaların ləğvində maraqlı olacaq. Burada olmağımın məqsədi Qərbi bu açardan ehtiyatla və səhvsiz şəkildə istifadə etməli olduğuna inandırmağa çalışmaqdır”, - deyə “Yukos”un keçmiş sahibi söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR