İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin nüvə silahları ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - İlin sonuna qədər...

“İlk nüvə başlıqları Belarusa çatdırılıb”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Putin Rusiya ilə Belarus arasında imzalanan “Birlik dövləti” razılaşması çərçivəsində Belarusda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı işlərin davam etdiyini bildirib:

“Bildiyiniz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ilə müqavilə çərçivəsində Belarusa nüvə-taktiki silahlar göndərilməsi barədə məsləhətləşmələr aparırıq. İlk nüvə başlıqları Belarus ərazisinə çatdırıldı. Bu, ilk addım idi. Biz bu işi ilin sonuna qədər yekunlaşdıracağıq".

Rusiya lideri Qərb ölkələri və NATO-nun onlar üçün nüvə təhlükəsi yaratdığını bildirib:

“Rusiya və Belarus çəkindirici rol oynayır. Bizi strateji baxımdan məğlub etməyi hədəfləyən hər kəs bunu nəzərə almalıdır. Dünyada strateji silahlardan ilk istifadə edən ölkə Xirosima və Naqasakiyə atom bombası atan Amerika Birləşmiş Ştatlarıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR