İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müşaviri: "SSRİ hələ də mövcuddur, Ukraynadakı müharibə daxili prosesdir"

Rusiya Prezidentinin müşaviri Anton Kobakov sensasion bəyanatla çıxış edib. O, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib ki, Sovet İttifaqının dağılması hüquqi baxımdan qeyri-legitim olub və bu səbəbdən SSRİ hüquqi cəhətdən hələ də mövcuddur.

Musavat.com-un məlumatına görə, Kobakov vurğulayıb ki, Sovet ittifaqı Xalq Deputatları Qurultayının qərarı ilə yaradılmışdı və yalnız həmin orqanın qərarı ilə ləğv edilə bilərdi. Onun sözlərinə görə, SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovej razılaşmalarını ittifaq respublikalarının Ali Sovetlərinin ratifikasiya etməyə səlahiyyəti olmayıb.

“Əgər hüquqi prosedur pozulubsa, bu o deməkdir ki, SSRİ hüquqi baxımdan hələ də mövcuddur. Bunu konstitusiya hüququ üzrə mütəxəssislər deyir. Əgər SSRİ rəsmi olaraq ləğv edilməyibsə, onda hüquqi məntiqə əsasən Ukrayna müharibəsi daxili proses sayılmalıdır”, – deyə Putin müşaviri qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR