Onlayn ictimai-siyasi qəzet
Kreml qısamüddətli atəşkəs təklifinə razılaşmağa ehtiyatla yanaşır.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Rusiya hakimiyyətindəki mənbələrə istinadən xəbər verir.
Mənbələrdən birinin sözlərinə görə, Rusiya atəşkəsin şərtlərini müzakirə etməli və müəyyən zəmanətlər almalıdır. “Putinin mövcud vəziyyətdə buna razı olması çətindir. Hazırda Rusiya hücuma keçdiyi üçün Putinin mövqeyi kifayət qədər güclüdür”, – deyə mənbə bildirib.
Digər mənbə isə qeyd edib ki, Kreml atəşkəs təklifini bir növ tələ kimi görür və Putin konkret zəmanətlər və ya vədlər olmadan müharibəni dayandırmaqda çətinlik çəkə bilər.
Üçüncü mənbə ABŞ-ın Ukraynaya hərbi yardımı bərpa etməsi və kəşfiyyat məlumatlarının mübadiləsi fonunda atəşkəsin riskli görünə biləcəyini xatırladıb.
Rəsmi Kreml isə hələlik ABŞ-ın 30 günlük atəşkəs təklifini şərh etməyib.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ