İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Makronla işgüzar əlaqələrinin olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makron da daxil olmaqla bir çox xarici həmkarı ilə işgüzar əlaqələr saxladığını bildirib.

APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Belarusdakı danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Bir çox həmkarımla, o cümlədən Fransa prezidenti ilə işgüzar əlaqələrim var. Biz həqiqətən də telefonla əlaqə saxlayırıq”, deyə Putin qeyd edib.

Putin Makronun Moskvaya Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra gəldiyini xatırladıb.

Dekabrın 16-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin cədvəlində Makronla heç bir söhbətin yer almadığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR